BAKI, 16 iyun. TELEQRAF
“Neftçi”nin 2026/27-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.
Teleqraf xəbər verir ki, paytaxt klubu təlim-məşq toplanışını iki mərhələdə keçirəcək.
Hazırlığın birinci mərhələsi iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində baş tutacaq.
Toplanışın ikinci mərhələsi isə iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Neftçi” bu müddətdə “Hotel Livada Prestige”də məskunlaşacaq.
Komanda Sloveniya toplanışı çərçivəsində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Matçlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq.
İyulun 2-də keçiriləcək ilk yoxlama oyununda “Neftçi” Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, digər rəqiblər və oyunların başlanma saatı barədə əlavə məlumat veriləcək.