BAKI, 16 iyun. TELEQRAF
ABŞ və İran nümayəndələri arasında əvvəllər elan edilmiş müqavilələrin imzalanması üçün görüş İsveçrənin Bürgenştok şəhərində keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Alen Elçinqer bildirib.
"Son bir neçə gün ərzində Xarici İşlər Nazirliyi ABŞ və İran arasında İsveçrədə anlaşma memorandumunun imzalanması ilə bağlı ABŞ, İran, Pakistan və Qətərlə sıx əlaqə saxlayıb. Bu sənədin imzalanması hazırda cümə günü, iyunun 19-da Nidvalden kantonunun Bürgenştok şəhərində planlaşdırılıb", - deyə o, TASS-a bildirib.
Elçinqer qeyd edib ki, görüşün yeri vasitəçilər - Pakistan və Qətər, eləcə də ABŞ və İran tərəfindən təklif olunub. O əlavə edib ki, İsveçrə bu danışıqlarda vasitəçi kimi çıxış edir və bu görüşün İsveçrə torpağında keçirilməsi üçün diplomatik şərait yaradır. Görüşə hazırlıqlar artıq tam sürətlə gedir. Kurort şəhərindəki bütün otellərdə yerlər bazar gününə qədər bron edilib.