BAKI, 16 iyun. TELEQRAF
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu DÇ-2026 öncəsi paylaşım edib.
Telaqraf xəbər verir ki, 41 yaşlı hücumçu sosial şəbəkə hesabında komanda ilə fotolarını yayımlayıb.
Ronaldu paylaşımında azarkeşləri Portuqaliya millisinə inanmağa çağırıb:
“Bu formanı hər geyinəndə ilk gündəki qüruru, eyni məsuliyyəti hiss edirik. Sabah yeni səhifə başlayır. Bu ana çatmaq üçün çox çalışmışıq. İndi ölkəmiz və bizi burada, eləcə də dünyanın hər yerində dəstəkləyən bütün portuqaliyalılar üçün hər şeyimizi verməyin vaxtıdır. Bizə inanın, necə ki, biz inanırıq".
Qeyd edək ki, bu, Kriştianu Ronaldunun karyerasında 6-cı dünya çempionatı olacaq. Portuqaliya millisi mundialdakı ilk oyununu iyunun 17-də Demokratik Konqo Respublikasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.