BAKI, 16 iyun. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında qəzaya uğrayan B-52 Stratofortress strateji bombardmançısının ekipaj üzvlərinin hamısının həlak olduğu ehtimal edilir.

Teleqraf xəbər verir ki, CNN telekanalının məlumatına görə, hadisə ilə bağlı açıqlama Kaliforniyadakı Edvards aviabazası tərəfindən verilib.

Məlumata əsasən, bombardmançı təyyarənin göyərtəsində olan səkkiz ekipaj üzvünün həyatını itirdiyi güman edilir.

Qəzanın başvermə səbəbləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, B-52 Stratofortress ABŞ Hərbi Hava Qüvvələrinin uzaqmənzilli strateji bombardmançı təyyarələrindən biridir. Təyyarə iyunun 15-də Edvards aviabazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.