BAKI, 16 iyun. TELEQRAF
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Teleqraf xəbər verir ki, mərhələnin bütün cütləri müəyyənləşib.
Azərbaycan təmsilçisi “Qarabağ” ilk mərhələdə “Vestri” ilə qarşılaşacaq.
I təsnifat mərhələsinin cütləri belədir:
"Dinamo Kiyev" – "Kluj"
"Qarabağ" – "Vestri"
"Hayduk Split" – "Jilina"
"MOİK Sofiya" – "Derri"
"Şerif" – "Aluminij"
"Voyvodina" – "Ferentsvaroş"
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-da, cavab görüşləri isə iyulun 17-də keçiriləcək. Qaliblər Avropa Liqasının II təsnifat mərhələsinə yüksələcək.