BAKI, 16 iyun. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançısının qəzaya uğramasından sonra Kaliforniya ştatındakı Edvards aviabazası ətrafında uçuşlara məhdudiyyət tətbiq edilib.
Teleqraf xəbər verir ki, aviabazadan 13 kilometr radiusda bütün növ hava nəqliyyatı vasitələrinin uçuşlarının qadağan olunduğunu bildirib.
Məhdudiyyətlərin yer səthindən 100 metrədək yüksəkliklərdə qüvvədə olduğu qeyd edilib.
Mənbənin sözlərinə görə, Edvards aviabazasının aerodromu 05:00-dək bağlı qalacaq. Bununla yanaşı, bazanın yaxınlığında yerləşən regional hava limanı fəaliyyətini davam etdirir.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançısı iyunun 15-də Edvards aviabazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.