BAKI, 16 iyun. TELEQRAF

Albaniya Prezidenti Bayram Beqayın Daşkəndə rəsmi səfəri çərçivəsində Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə Albaniyanın birinci xanımı Armanda Beqay arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Görüşdə iki ölkənin xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.