BAKI, 15 iyun. TELEQRAF

Belarusun nüvə materialları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altındadır.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə deyib.

Lukaşenko bütün ölkələri nüvə silahından imtina etməyə çağırıb: "Mən nüvə silahına sahibolmanın əleyhinəyəm. Bu, hər kəsi narahat etməlidir: Rusiya, ABŞ, Çin, İsrail, Hindistan, Pakistan və digər ölkələr. Bu, hər kəsi narahat etməlidir".

Lukaşenko İranla münaqişəni ABŞ-nin ölümcül səhvi adlandırıb.