BAKI, 16 iyun. TELEQRAF

İyunun 16-da Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycannın Baş naziri Əli Əsədovun və Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.

Sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.