BAKI, 15 iyun. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi Livan Parlamentinin sədri Nəbih Bərriyə Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı anlaşma memorandumunun təmin edilməsi barədə məlumat verib.

Teleqraf xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Əraqçi bildirib ki, Livanla razılaşma dərhal həyata keçirilməlidir.

O, bu müddəaya riayət olunmasının ABŞ və Anlaşma Memorandumunun digər təminatçılarının məsuliyyəti olduğunu vurğulayıb.