Gəncə Dövlət Universitetinin (GDU) İqtisadiyyat və idarəetmə fakultəsinin müəllimi Azadə Vəliyeva vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, mərhum 2014-cü ildən GDU-da fəaliyyət göstərib.
Azadə Vəliyeva 1973-cü ildə Goranboy rayonunun Nizami kəndində anadan olub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktoranturasına (dissertanturasına) qəbul olmuş və “Sahibkarlıq fəaliyyətinin informasiya təminatının yaxşılaşdırılması istiqamətləri” mövzusunda elmi tədqiqat işi üzərində çalışıb.
Müxtəlif istehsalat və xidmət sahələrində qazandığı təcrübədən sonra, o, 2014-cü ildən etibarən ömrünü Gəncə Dövlət Universitetinə bağlayıb. İqtisadiyyat və İdarəetmə fakültəsində çalışdığı illər ərzində yüksək ixtisaslı kadrların hazırlanmasında, tələbələrin iqtisadi biliklərə dərindən yiyələnməsində böyük əmək sərf edib.