BAKI, 15 iyun. TELEQRAF
Braziliyanın Seara ştatında baş verən yol qəzasında yeddi basketbolçu həlak olub .
Teleqraf xəbər verir ki, hadisə iyunun 15-də baş verib.
Təxminən 40 nəfəri daşıyan avtobus aşıb. Komanda qalib gəldikləri yarışdan qayıdırdı. Mənbənin məlumatına görə, daha 30 nəfər yaralanıb və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi hələ də məlum deyil.