BAKI, 15 iyun. TELEQRAF
Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ və İran arasında hərbi əməliyyatların tamamilə dayandırılmasına baxmayaraq, Avropa Birliyinin İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Leyenə görə, Aİ-nin sanksiya tədbirləri iki əsas sahə ilə bağlıdır: insan haqlarının pozulması iddiaları və kütləvi qırğın silahları.
Fon der Leyen vurğulayıb ki, sanksiyaların mümkün yumşaldılması və ya ləğvi üçün Tehran hər iki istiqamətdə davranışda real dəyişikliklər nümayiş etdirməlidir.
O həmçinin qeyd edib ki, Avropa İttifaqı sanksiyalara dövlətlərin siyasətini dəyişdirməyə yönəlmiş təsir vasitəsi kimi baxır.