BAKI, 15 iyun. TELEQRAF
Fransa İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmalar çərçivəsində radioaktiv materialların monitorinqi prosesində iştirak etməlidir.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
E.Makron bildirib ki, Fransa nüvə obyektlərinə nəzarət sahəsində təcrübəyə malikdir:
"Bu səbəbdən prosesə öz mütəxəssislərimiz vasitəsilə töhfə verməyə hazırıq. Bu, obyektlərin nəzarəti ilə bağlıdır. Bunu necə edəcəyimizi bilirik, çünki bunu əvvəllər də etmişik. Mütəxəssislərimizlə birlikdə töhfə verəcəyik”, - deyə o vurğulayıb.
Fransa Prezidenti əlavə edib ki, razılaşma əldə olunacağı təqdirdə sənəd İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını da nəzərdə tuta bilər.