BAKI, 15 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
16:39
TOVUZ, 15 iyun. TELEQRAF
Tovuz rayonunda su kanalında meyit tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987- ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.
Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.