BAKI, 15 iyun. TELEQRAF

Fransanın cənub-şərqində yerləşən Evian-le-Ben şəhərində keçirilən G7 sammitində Hörmüz boğazından yan keçməklə neft məhsulları və təbii qazın daşınmasına imkan verəcək yeni infrastruktur layihələri müzakirə olunacaq.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, G7 ölkələri qlobal enerji təchizatının mühüm hissəsinin keçdiyi Hörmüz boğazından asılılığın azaldılması istiqamətində addımları nəzərdən keçirəcəklər:

"G7 çərçivəsində görəcəyimiz işlərin bir hissəsi olaraq, bu boğazdan asılılığımızı azaltmaq üçün əlimizdən gələni edəcəyik. Yaxın Şərqdəki son gərginlikdən əvvəl dünya üzrə neft və qaz tədarükünün təxminən dörddə biri məhz bu strateji dəniz marşrutu vasitəsilə həyata keçirilirdi".