BAKI, 15 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Fransanı yeni ticarət müharibəsi ilə hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "New York Post" qəzetinə müsahibəsində bildirib.
Donald Tramp Fransa Prezidenti Emmanuel Makrondan amerikalı texnologiya nəhənglərinə tətbiq edilən 3 faizlik rəqəmsal vergini ləğv etməyi tələb edib.
ABŞ lideri rəsmi Paris geri addım atmayacağı təqdirdə, Fransadan idxal olunan bütün şərab və şampan növlərinə 100 faizlik gömrük rüsumu qoyacağını bəyan edib.