BAKI, 15 iyun. TELEQRAF

Şimali Kipr Türk Cümuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin Kommunikasiya üzrə rəhbəri və Radio Televiziya Qurumu (BRTK) İdarə Heyətinin sədri Özdemir Tokel Azərbaycanı 15 İyun- Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Özdəmir Tokel sosial media hesabında paylaşım edib.

"Qardaş Azərbaycan Respublikasının müasir tarixində ən mühüm dönüş nöqtələrindən biri olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Düz 33 il əvvəl – 15 iyun 1993-cü ildə Azərbaycan xalqının çağırışı ilə ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyində məsuliyyət daşımağa başlaması Azərbaycanın müstəqilliyini, sabitliyini və gələcəyini təmin edən tarixi dönüş nöqtəsi olub. Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu müstəqillik, inkişaf və dövlətçilik məşəli bu gün Prezident cənab İlham Əliyevin güclü liderliyi altında və Qarabağ Zəfəri ilə taclanan böyük yüksəlişlə öz yolunu davam etdirir. Biz, Kipr türk xalqı olaraq, mərhum Heydər Əliyevin yaddaşlara həkk olunan “Bir millət, iki dövlət” vizyonunu böyük ehtiramla yaşadır, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı qardaşlıq əlaqələrinin möhkəmlənməsini eyni millətin ortaq gələcəyi baxımından son dərəcə dəyərli hesab edir və bu hikmətli kəlamı “Bir millət, üç dövlət” anlayışı ilə qəlbimizə yazırıq. Sevinci sevincimiz, kədəri kədərimiz olan Azərbaycanın hər sahədə qazandığı uğurlar bizi də qürurlandırır.
Son illərdə Türk dünyasında ortaya qoyulan güclü iradə sayəsində Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasındakı əlaqələr də gündən-günə inkişaf edir, qardaşlıq bağlarımız daha da möhkəmlənir".

Ö.Tokel media sahəsində Azərbaycanla əlaqələri möhkəmləndirmək əzmini bir daha ifadə edib: "Can Azərbaycanın Milli Qurtuluş Gününü təkrar təbrik edir, başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına sülh, rifah və işıqlı sabahlar arzulayıram. Milli Qurtuluş Gününüz mübarək!"