BAKI, 15 iyun. TELEQRAF

Vaşinqton İranla davam edən danışıqlarda bütün kartları əlində saxlayıb. Danışıqların uğurla nəticələnəcəyinə inanırıq.

Teleqraf xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J.D. Vens CBS-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranla razılaşmanın iki əsas elementi var: Hörmüz boğazının yenidən açılması və İranın heç vaxt nüvə silahına sahib olmaması: "Tehran öz öhdəliklərini yerinə yetirərsə, iqtisadi sanksiyalar və digər məhdudiyyətlər yumşaldıla bilər".

ABŞVitse-prezidento İranla danışıqların hazırda birbaşa aparıldığını vurğulayıb: "Bu, bizə nəyin real, nəyin qeyri-real olduğunu anlamağa imkan verir. Əgər bizimlə danışmaq, münasibətinizi dəyişdirmək istəyirsinizsə, biz hazırıq. Bu, bizim təklifimizdir".

İsrailin mümkün razılaşmaya reaksiyasına toxunan Vens qeyd edib: "İnanıram ki, İsrail əhalisinin bəzi təbəqələri bu müqaviləyə olduqca müsbət yanaşır. Həmçinin inanıram ki, müqavilə ilə bağlı bəzi yanlış məlumatlar yayılıb".