BAKI, 15 iyun. TELEQRAF
İspaniyalı futbolçu Rafael Mir təcavüz ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarına əsasən, futbolçu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, zərərçəkmiş şəxsə 64 min avro məbləğində təzminat da ödəməlidir.
28 yaşlı hücumçunun transfer hüquqları İspaniyanın "Sevilya" klubuna məxsusdur. O, 2025/26 mövsümünü icarə əsasında "Elçe"də keçirib.
Qeyd edək ki, futbolçunun 27 yaşı var, "Valensiya" akademiyasının məzunudur və 2015-2017-ci illərdə böyüklərdən ibarət komandada çıxış edib. O, həmçinin İngiltərənin "Vulverhempton"unda da oynayıb. 2024-cü ildə Mir "Valensiya"ya qayıdıb.