BAKI, 15 iyun. TELEQRAF

İran nümayəndə heyəti Cenevrədə ABŞ ilə anlaşma memorandumunun yekun imzalanmasından əvvəl Yaxın Şərqin bir sıra ölkələrinə səfər edəcək.

Teleqaf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

O da bildirilib ki, ABŞ ilə anlaşma memorandumunun hansı formatda və mexanizmdə imzalanacağına dair yekun qərar yaxın günlərdə qəbul ediləcək.