AĞDAM, 15 iyun. TELEQRAF
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib. Kənd sakini 1976-cı il təvəllüdlü Əhmədov Yasin Yadulla oğlu saxladığı arılara qulluq edərkən arı onu sancıb.
Nəticədə Y.Əhmədov şok vəziyyətinə düşüb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə Ağdama Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır