BAKI, 15 iyun. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın dəvəti ilə Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Aİ tərəfdaşları Ararat Mirzoyanı Ermənistanda keçirilən parlament seçkiləri və "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi münasibətilə təbrik ediblər. Həmçinin Aİ-nin Ermənistanın avropaya inteqrasiya xəttinə strateji dəstəyi vurğulanıb.
Müzakirələr zamanı Ermənistan-Aİ ticarət dövriyyəsinin artırılması, rəsmi İrəvanın iqtisadi və enerji dözümlülüyünün gücləndirilməsi, hibrid təhdidlərlə mübarizə və iqtisadi əlaqələrin diversifikasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.