BAKI, 15 iyun. TELEQRAF
Kral Dəniz Qüvvələrinin Ticarət Əməliyyatları Mərkəzindən (UKMTO) verilən məlumata görə, Yəmən sahillərində tankerə qumbaraatanla hücum edilib.
Teleqraf xəbər verir ki, Yəmənin Ədən şəhərindən 11 dəniz mili cənub-şərqdə baş verən hücumdan öncə göyərtəsində dörd nəfər olan kiçik motorlu qayıq tankerə yaxınlaşıb. Qayıqdakı şəəxslər silahlı olublar və gəmiyə qumbaraatanla atəş açıblar.
Mərkəz detalları açıqlamayıb və digər gəmilərə ehtiyatlı olmaları üçün xəbərdarlıq edilib.