SAMUX, 15 iyun. TELEQRAF

***
16:58

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəza törədib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir ailənin üzvləri - 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, həmçinin azyaşlılar -7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.