BAKI, 15 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyi məsələsinin onun üçün prioritet olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.

D.Tramp rəsmi Tehranla münasibətlərə toxunaraq qeyd edib:

"Hakimiyyət dəyişikliyinə gəlincə, bu məsələ məni heç vaxt narahat etməyib. Bu, artıq bizim qarşılaşdığımız üçüncü İran rəhbərliyidir və indiyə qədərki ən ağlabatan olanıdır".