BAKI, 15 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla müqavilənin tam şəkildə imzalandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, Hörmüz boğazı iyunun 19-da tam şəkildə açılacaq.
Tramp ABŞ və İran arasında razılaşmaların imzalanmasından məmnun olduğunu bildirib: "İranla razılaşmadan çox məmnunam, çünki Hörmüz boğazının cümə günü tam açılması gözlənilir".
İranla razılaşmada şəxsən iştirak edib-etməyəcəyinə dair suala Tramp konkret cavab verməyib: "Mən iştirak edə də bilərəm, etməyə də. Vitse-prezident Vens müqaviləni imzalamaq üçün gələcək. Biz razılaşmanın mətnini cümə günündən sonrakı gün açıqlayacağıq".
ABŞ Prezidenti Tramp sonda əlavə edib: "İndi Rusiya-Ukrayna müharibəsinə baxacağıq. Mən Zelenski ilə danışdım və bu müharibə bitməlidir".