BAKI, 15 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının H qrupunda ilk turun oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, İspaniya millisi Kabo-Verde ilə qarşılaşıb.

Görüşdə qapılara qol vurulmayıb. Tərəflər meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıblar.

Beləliklə, İspaniya və Kabo-Verde adaları mundiala hərəyə 1 xalla başlayıblar.

Qeyd edək ki, H qrupunun digər oyununda Uruqvay Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.

***

21:06

2026-cı il dünya çempionatının H qrupunun İspaniya-Kabo-Verde matçında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, "Atlanta stadionu"nunda keçirilən görüşdə hesab 0:0-dır.

***

20:50

2026-cı il dünya çempionatının H qrupunun İspaniya-Kabo-Verde matçında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb - 0:0.

***

20:02

2026-cı il dünya çempionatının H qrupunun ilk oyunu start götürüb.

Teleqraf xəbər verir ki, son Avropa çempionu İspaniya dünya çempionatında debüt edən Kabo Verde ilə qarşılaşır.

Qeyd edək ki, İspaniya millisi daha əvvəl 1 dəfə - 2010-cu ildə Dünya Kubokunun qalibi olub.

***

19:44

2026-cı il dünya çempionatının qrup mərhələsində H qrupunun ilk oyununa start veriləcək.

Teleqraf xəbər verir ki, İspaniya millisi Kabo-Verde yığması ilə qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Avropanın aparıcı yığmalarından olan İspaniya turnirə qələbə ilə başlamağı hədəfləyir. Kabo-Verde adaları isə mundialdakı ilk oyununda sensasiyaya imza atmağa çalışacaq.

Qeyd edək ki, H qrupunun digər oyununda Uruqvay Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.