BAKI, 15 iyun. TELEQRAF

Rusiyanın iyunun 15-nə keçən gecə Ukraynaya etdiyi kütləvi hava hücumu nəticəsində Kiyevdə 5 nəfər həlak olub, daha 35 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat yayıb.

Onun sözlərinə görə, yaralananlar arasında iki uşaq və hamilə qadın da var.

Qeyd edək ki, Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri iyunun 14-ü axşam saatlarından başlayan hücum zamanı rus ordusunun atdığı 50 raket və 582 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Hücumun əsas hədəfi paytaxt Kiyev olub.