BAKI, 15 iyun. TELEQRAF

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin Qars şəhərində səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı Baş Konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, K. Əliyev və M. Şentürk Baş Konsulluqda da olublar.