BAKI, 15 iyun. TELEQRAF
Hörmüz boğazının açılması ABŞ və İran arasında ilkin razılaşmanın etibarlılığının əsas göstəricilərindən biri olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal"dakı məqalədə qeyd olunub.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp 19 iyunda müqavilənin rəsmi imzalanmasından sonra Hörmüz boğazının gəmiçilik üçün yenidən açılmalı olduğunu bildirib.
"Dünyanın ən vacib ticarət yollarından biri vasitəsilə nəqliyyatın bərpası neft tədarükünə və qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərə bilər. ABŞ-nin İrana qarşı dəniz blokadasının qaldırılması və İsrail ətrafındakı vəziyyətin inkişafı sazişin gələcəyi üçün vacib amillər olacaq" - “The Wall Street Journal”dakı məqalədə yazılıb.