BAKI, 15 iyun. TELEQRAF
Çin ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayır.
Teleqraf xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Tszyan brifinqdə bildirib.
"Çin qarşılıqlı anlaşma memorandumunun ilkin mərhələsi üzrə ABŞ və İran arasında əldə edilən razılaşmaları alqışlayır, Pakistanın göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirir", - diplomat qeyd edib.
Lin Tszyan Vaşinqton və Tehranın sənədi vaxtında imzalayacağına, bütün tərəflərin ziddiyyətləri danışıqlar yolu ilə həll edəcəyinə ümidvar olduğunu bildirib.
O əlavə edib ki, Çin Yaxın Şərq və Fars körfəzi regionunda sülhün tezliklə bərpası üçün beynəlxalq birliklə birgə fəal rol oynamağa hazırdır.