BAKI, 15 iyun. TELEQRAF

Tunis milli futbol komandasının baş məşqçisi Sabri Lamouçi vəzifəsindən ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Romain Molina sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 54 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatının qrup mərhələsində İsveç yığmasına qarşı keçirilən oyundakı ağır məğlubiyyətdən sonra istefaya göndərilib.

Xatırladaq ki, Tunis millisi mundialdakı ilk matçında İsveçə 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, Tunis yığması qrup mərhələsində növbəti oyunlarını Hollandiya və Yaponiya millilərinə qarşı keçirəcək.