BAKI, 14 iyun. TELEQRAF
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, uyğun şərait yaranacağı təqdirdə Amerika hərbçiləri Hörmüz boğazının minalardan təmizlənməsini 30 gün ərzində həyata keçirməyə qadirdir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində danışıb.
Jurnalistin Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı sualını cavablandıran Heqset ABŞ hərbi qüvvələrinin bu tapşırığın öhdəsindən gələ biləcəyini vurğulayıb.
“Uyğun şəraitdə biz bütün bunları 30 gün ərzində həyata keçirə bilərik”, - deyə o bildirib.
ABŞ müdafiə naziri əməliyyatın hansı şərtlər daxilində mümkün olacağı və ya bununla bağlı hər hansı planın mövcud olub-olmaması barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı təhlükəsizlik problemi qlobal neft və qaz tədarükünə təsir göstərə bilər.