BAKI, 14 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində qalib gələrək hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Vaaqn Ovakimyan məlumat verib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə 726 min 819 səs toplayıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, partiya səslərin 49,746 faizini qazanıb.

Bu nəticə “Vətəndaş Müqaviləsi” Partiyasına hökuməti koalisiya tərəfdaşları olmadan, təkbaşına formalaşdırmaq imkanı verir.

Qeyd edək ki, seçkilərin yekun nəticələrinin təsdiqlənməsindən sonra yeni hökumətin formalaşdırılması prosesinə başlanılacaq.