BAKI, 14 iyun. TELEQRAF

Rusiya və Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün "3+3" regional əməkdaşlıq platformasının rolunu yüksək qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, həm Rusiya, həm də Türkiyə regional sülhdə və sabit Cənubi Qafqazın formalaşmasında maraqlıdır. Nazirlik bu məqsədə "3+3" regional əməkdaşlıq platforması çərçivəsində birgə səylərlə nail olmağın mümkünlüyünü vurğulayıb.

Rusiya XİN-in bəyanatında həmçinin Mosvkanın Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirdiyi və alqışladığı ifadə olunub.