BAKI, 13 iyun. TELEQRAF
Braziliya millisinin hücumçusu Neymar zədə səbəbindən komandasının dünya çempionatındakı ilk matçında meydana çıxa bilməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Karlo Ançelotti "Globo" nəşrinə açıqlamasında bildirib.
Məlumata görə, 34 yaşlı futbolçu baldır əzələsindən aldığı zədə səbəbindən Mərakeş millisinə qarşı keçiriləcək oyunu buraxacaq.
"Neymar mümkün qədər tez bərpa olunmaq üçün əlindən gələni edir. Gözlənilir ki, o, sağalaraq gələn həftə komandaya qoşulsun", - Ançelotti deyib.
Qeyd edək ki, Neymar 2023-cü ildən bəri Braziliya millisinin heyətində meydana çıxmayıb. O, yığmanın tarixində ən çox qol vuran futbolçudur. Hücumçunun hesabında 128 oyunda 79 qol var.
Braziliya millisi qrup mərhələsinin ikinci turunda Haiti yığması ilə qarşılaşacaq. Matç iyunun 20-nə keçən gecə keçiriləcək.