BAKI, 13 iyun. TELEQRAF

Göygöl rayonunun Topalhəsənli kəndinə güclü sel gəlib.

Teleqrafın Qərb bürosu xəbər verir ki, bu gün yağan intensiv yağışlardan sonra yaranan sel kəndin yol infrastrukturuna ciddi ziyan vurub.

Bildirilib ki, əkin sahələrinin bir hissəsi də sel sularının təsirindən yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, qeyri-sabit hava şəraiti rayonun digər kəndlərində də müəyyən fəsadlar törədib.

Hazırda Gəncə və ətraf bölgələrdə yağıntılı hava şəraiti davam edir.