BAKI, 13 iyun. TELEQRAF
Robert Levandovski karyerasını ABŞ-da davam etdirə bilər.
Teleqraf xəbər verir ki, “Barselona” ilə müqaviləsi başa çatan polşalı hücumçu MLS təmsilçisi “Çikaqo Fayr”ın maraq dairəsindədir.
37 yaşlı forvard Amerika klubunun nümayəndələri ilə danışıqlar aparmaq üçün ABŞ-a yollanacaq. Bununla belə, təcrübəli futbolçu gələcəyi ilə bağlı yekun qərarını hələ verməyib.
“Çikaqo Fayr”ın Levandovskini heyətinə qatmaq üçün ciddi səy göstərdiyi bildirilir.
Qeyd edək ki, hücumçu ötən mövsüm “Barselona”nın heyətində 46 oyuna çıxıb, 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.