BAKI, 12 iyun. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Rusiyanın Rusiya Günü münasibətilə təbrik bəyanatı yayıb.

Teleqraf xəbər verir ki, dövlət katibi bəyanatında rəsmi Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına kömək etmək və Moskva ilə daha konstruktiv əlaqələr qurmaq niyyətində olduğunu vurğulayıb:

"ABŞ adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edirəm! ABŞ Rusiya və Ukrayna arasındakı müharibənin dinc yolla tənzimlənməsinə sadiqliyini qoruyur. Biz hələ də ümid edirik ki, davamlı sülh Rusiya xalqı üçün daha firavan gələcəyə, eləcə də ölkələrimiz arasında daha konstruktiv münasibətlərə yol açacaq".