AĞDAM, 12 iyun. TELEQRAF

Ağdam rayon polis əməkdaşları “TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yayan Səfayıl Əliyevi saxlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.