BAKI, 12 iyun. TELEQRAF

ABŞ Milli Kəşfiyyat İdarəsi dünyada fəaliyyət göstərən 120 gizli bioloji laboratoriyanın mövcudluğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, qurumun rəhbəri Tulsi Qabbardın hazırladığı hesabatda bu laboratoriyaların 30 ölkədə yerləşdiyi bildirilir.

Sənəddə həmin laboratoriyalardan 4-nün Ukraynada olduğu və orada çox təhlükəli virusların saxlanıldığı qeyd edilib.

Bildirilib ki, bəzi nüfuzlu şəxslər bu obyektlərin varlığını indiyə qədər qəsdən gizlədiblər.

ABŞ Prezidenti Donald Tramp isə bu laboratoriyaların yaratdığı bioloji təhlükəni nəzərə alaraq, onların maliyyələşdirilməsini tamamilə dayandırmaq qərarına gəlib.