BAKI, 12 iyun. TELEQRAF

Tehranla yeni razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens sosial media hesabında paylaşım edib.

"İranlılar sadəcə sövdələşməyə imza atdıqları və ya görüşə qatıldıqları üçün heç bir maliyyə vəsaiti əldə etməyəcək və onların dondurulmuş aktivləri sərbəst buraxılmayacaq. Bu saziş elə qurulub ki, burada ABŞ və müttəfiqlərinin maraqları prioritet təşkil edir. İran yalnız öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirəcəyi təqdirdə iqtisadi mənfəət qazana bilər", - vitse-prezident vurğulayıb.

O, ABŞ Prezidenti Donald Trampın İranla aparılan danışıqlarda müsbət nəticə əldə edəcəyinə əminliyini ifadə edib.