BAKI, 12 iyun. TELEQRAF

Konqo Demokratik Respublikası millisinin futbolçularına və məşqçilər heyətinə dünya çempionatında iştirak etmək üçün ABŞ-yə giriş icazəsi verilib.

Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, "Ebola" virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbindən komandanın hazırlıq prosesi pozulub. Futbolçular və məşqçilər heyəti ABŞ-yə yola düşməzdən əvvəl 21 günlük karantində saxlanılıb.

Karantin müddəti başa çatdıqdan sonra Konqo Demokratik Respublikası millisi ABŞ-nin Hyuston şəhərinə çatıb.

Afrika təmsilçisi dünya çempionatında K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya yığmaları ilə mübarizə aparacaq.

Komanda ilk oyununu iyunun 17-də Hyustonda Portuqaliya millisinə qarşı keçirəcək. Konqo Demokratik Respublikası yığması iyunun 24-də Meksikanın Sapopan şəhərində Kolumbiya ilə, iyunun 28-də isə ABŞ-nin Atlanta şəhərində Özbəkistan millisi ilə üz-üzə gələcək.