BAKI, 12 iyun. TELEQRAF
Çexiya millisinin baş məşqçisi Miroslav Koubek futbol üzrə dünya çempionatları tarixində komandasını oyuna çıxaran ən yaşlı baş məşqçi kimi rekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, Çexiya yığması dünya çempionatının qrup mərhələsinin ilk turunda Cənubi Koreya millisi ilə qarşılaşıb. Bu görüşlə Miroslav Koubek mundiallar tarixinin ən yaşlı baş məşqçisi adına sahib çıxıb.
Sentyabr ayında 75 yaşı tamam olacaq çexiyalı mütəxəssis bununla da açılış matçında rekord müəyyənləşdirən Cənubi Afrika Respublikası millisinin 74 yaşlı belçikalı baş məşqçisi Huqo Broosun göstəricisini geridə qoyub.
Bundan əvvəl dünya çempionatları tarixinin ən yaşlı baş məşqçisi rekordu almaniyalı Otto Rehaqelə məxsus idi. O, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialda 71 yaşında Yunanıstan millisinə rəhbərlik edib.
Qeyd edək ki, dünya çempionatında Kurasao millisinin baş məşqçisi kimi fəaliyyət göstərən 78 yaşlı niderlandlı mütəxəssis Dik Advokat da turnirdə iştirak edir və onun rekordu yeniləməsi mümkündür.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyunun 11-də start götürüb. Turnirin final oyunu iyulun 19-da keçiriləcək.