GƏNCƏ, 11 iyun. TELEQRAF

Gəncədə əmisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Fazil Əliyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

***
23:31

Gəncə sakini əmisini qətlə yetirib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Ə.Şıxlinski küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Ramazan Əliyev əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, tərəflər arasında mülk mübahisəsi olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.