BAKI, 11 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qiymətli Kağızlar və Birja Komissiyasının keçmiş rəhbəri Cey Kleytonun Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Amerika administrasiyasının rəhbəri "Truth Social" qəzetində yazıb: "ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının keçmiş sədri, dünyanın ən məşhur və hörmətli hüquq firması olan "Sullivan & Cromwell"in keçmiş rəhbəri və hazırda Nyu-Yorkun Cənub Dairəsi üzrə prokuror Cey Kleytonun milli kəşfiyyat direktoru vəzifəsinə namizədliyini elan etməkdən məmnunam".
Tramp əlavə edib ki, hüquq ictimaiyyətində Cey qədər hörmətli insan azdır: "Senatı Ceyi mümkün qədər tez təsdiqləməyə çağırıram".
Milli Kəşfiyyatın direktoru rəsmi olaraq Amerikanın 18 kəşfiyyat orqanının fəaliyyətinin koordinatoru hesab olunur.