İsrail hakimiyyəti tanınmış fransız jurnalist Alis Froissartı deportasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə İsraildəki Xarici Mətbuat Assosiasiyası məlumat yayıb. .

Uzun illər İsraildə və Fələstin ərazilərində çalışmış Alis Froissart çərşənbə günü Parisdən Təl-Əvivin Ben Qurion hava limanına gəlib.

"Radio France Internationale"in məlumatına görə, Froissartın lazımi səyahət icazəsi olub və o, İsrail tərəfindən işğal edilmiş İordan çayının qərb sahilində işləmək üçün viza üçün müraciət edib. Lakin o, Təl-Əvivə gələndən sonra həbs edilib və daha sonra Fransaya geri göndərilib.

İsrail hakimiyyəti məsələ ilə bağlı heç bir izahat verməyib.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavr bildirib ki, Fransa Froissartı dəstəkləmək üçün diplomatik şəbəkəsini səfərbər edib, lakin onu ölkədən çıxarmaq qərarı İsrail hakimiyyətinin suveren səlahiyyətlərinə aiddir".