BAKI, 11 iyun. TELEQRAF
Çərşənbə günü Pakistanın nəzarətində olan Kəşmirdə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölən 22 nəfər dəfn olunub.
Teleqraf xəbər verir ki, cümə axşamı günü regionun paytaxtı Müzəffərabadda matəm mərasimləri keçirilib.
Ölənlər arasında biri mayor, ikisi polkovnik olmaqla 19 əsgər var. Pakistan bayraqları ilə örtülmüş tabutlar bölgədə yerləşən artilleriya bölməsinin əsgərləri tərəfindən daşınıb.
Pakistan ordusu daha əvvəl Mi-17 helikopterinin texniki nasazlıq səbəbindən qəzaya uğradığını bəyan edib. Göyərtədə olanların hamısı həlak olub. Qəzanın dəqiq səbəbini müəyyən etmək üçün araşdırma aparılmasına göstəriş verilib.