BAKI, 12 iyun. TELEQRAF
Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.
***
06:00
2026-cı il dünya çempionatının A qrupunda Cənubi Koreya - Çexiya ilə üz-üzə gəlir.
Teleqraf xəbər verir ki, Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo komandanın hücum xəttinə kapitan Son Hın Mini daxil edib.
Hazırda milli komandada 56 qola sahib olan ulduz futbolçu ölkəsinin bombardirlik rekordunu yeniləmək üçün cəmi iki qola ehtiyac duyur. Son Hın Min mundiala UEFA Çempionlar Liqasının qalibi olan PSJ-nin yarımmüdafiəçisi Li Kan İn ilə birlikdə start heyətində başlayacaq.
Cənubi Koreya millisində müdafiəçi Ço Yu Min ayaq zədəsi səbəbindən oyunu buraxacaq. Komandanın müdafiə xəttinə isə Almaniyanın “Bavariya” klubunun futbolçusu Kim Min Ce rəhbərlik edəcək.
Çexiya millisində hücumun əsas yükünü Patrik Şik daşıyacaq. Yarımmüdafiədə isə Aleksandr Soyka yığmada ilk rəsmi oyununa start heyətində başlayacaq. Komandanın sabiq kapitanı Tomaş Souçek də əsas heyətdə yer alıb.
Cənubi Koreya: Kim Sın Gyu, Li Han Bom, Kim Min Ce, Li Gi Hyok, Seol Yon Vu, Hvan İn Bom, Li Ce Son, Li Te Sok, Li Kan İn, Pek Sın Ho, Son Hın Min.
Çexiya: Matey Kovar, Ştepan Xaloupek, Vladimir Coufal, Robin Hranats, Ladislav Kreyçi, Lukaş Provod, Aleksandr Soyka, Tomaş Souçek, Yaroslav Zeleni, Pavel Şults, Patrik Şik.